10:54 31 Yanvar 2020 307
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 31.01.2020

1. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

2. Şair və teatr xadimi Səməd Hacı Əhməd oğlu Kazımov (Səməd Mənsur) 1879-cu il yanvarın 31-də Bakıda anadan olub.

3. Azərbaycan boyakarı, qrafiki və əməkdar rəssamı Ələkbər Ələsgər oğlu Rzaquliyev 1903-cü ilin bu günü Bakıda dünyaya gəlib.

4. Azərbaycanın əməkdar incəsənət xadimi, şair Əli Qulu oğlu Cavadzadə (Əli Tudə) 1924-cü il yanvarın 31-də Bakıda anadan olub.

5. Azərbaycanın əməkdar incəsənət xadimi, fleytaçı, fəlsəfə elmləri doktoru, 4 milli ifaçılıq mükafatı laureatı Telman Hacıyev 1937-ci il yanvarın 31-də görkəmli psixoloq alim Muxtar Hacıyevin ailəsində anadan olub.

6. Sovet və Azərbaycan futbolçusu, futbol məşqçisi Rəşid Yaqub oğlu Özbəyov 1953-cü ilin bu günü Bakıda anadan olub.

7. AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, akademik Validə Mövsüm qızı Əlizadə 1946-cı ilin bu günü Bakı şəhərində doğulub.

8. Azərbaycanın xalq artisti, müğənni Mübariz Hüseyn oğlu Tağıyev 31 yanvar 1948-ci ildə İrəvan şəhərində dünyaya gəlib.

9. Bu gün Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlil Rza Xəlilbəylinin anım günüdür. O, 1964-cü il fevralın 12-də Bakı şəhərində doğulub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın