01:20 31 Mart 2020 295
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 31.03.2020

1. Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümüdür.

2. Azərbaycan vokal məktəbinin banisi, Şərq musiqisinin parlaq ulduzu, məşhur xanəndə, Cabbar İsmayıl oğlu Qaryağdıoğlu 1861-ci ilin bu günü Şuşada "Seyidli" məhəlləsində anadan olub.

3. Gürcüstanın birinci prezidenti, yazıçı, alim, dissident, filologiya elmləri doktoru Zviad Konstantinoviç Qamsaxurdiya 31 mart 1939-cu ildə dünyaya göz açıb.

4. Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 31 mart 1967-ci ildə Bakı şəhərində doğulub.

5. Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub.

6. Sosialist Əməyi Qəhrəmanı, ictimai xadim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya EA-nın müxbir üzvü, Lenin mükafatı laureatı Fərman Qurban oğlu Salmanovun xatirə günüdür.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın