04:40 07 Oktyabr 2019 41
Ana səhifə Öncə Sağlıq

Onurğa əyriliyinin qarşısını necə almaq olar? | Öncə sağlıq

“Onurğa əyriliyi uzun zaman ağrı vermədən əlilliyə aparır.

Osteoporoz da səssiz gəlir, ağrı vermədən sümüklərdə sınıqlar yaradır”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında vertebroloq, Oksford Elmlər Akademiyasının fəxri professoru, “Vertebra” Onurğa Mərkəzinin baş həkimi İradə Hacıyeva deyib.

Mütəxəssis onurğa əyriliklərinin qarşını almaq yolları barədə danışıb.

Onun sözlərinə görə, əyriboyun, yastı, əyriayaqlı uşaqlar onurğa əyrilikləri ilə bağlı risk qrupuna daxildirlər. Bundan başqa, çox ağlayan, tez-tez respirator infeksiyalara yoluxan uşaqlar onurğa əyriliyinə namizəddir.

İ. Hacıyeva onurğa əyrilikləri, skolioza, sümük əriməsinə səbəb olan amillər, ilkin əlamətləri və s. barədə bir çox sualları cavablandırıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın