02:16 19 Oktyabr 2020 110
Ana səhifə Xəbərlər

10 aylıq körpə və 18 oktyabrda anadan olan 15 yaşlı qız – GƏNCƏ TERRORUNUN QURBANLARI

Oktyabrın 18-i onun üçün iki qat bayram idi. Həm Azərbaycanın dövlət müstəqilliyi, həm də ad günü. Bir gündə iki bayram qeyd etmək hər insana qismət olmur. Lakin, oktyabrın 17-i ermənilərin Gəncəyə raket atması nəticəsində şəhid oldu. Söhbət 15 yaşlı Əsgərova Nigar Azər qızından gedir.

Ermənilər tərəfindən Gəncə şəhərinə atılan raket zərbəsi nəticəsində Əsgərov Rövşənin ailəsindən 5 nəfər şəhid olub, 3 nəfər isə xəsarət alıb. Həmin dəhşətli faciədə 1948-cı il təvəllüdlü Əsgərov Suliddin İsmayl oğlu, 1980-cı il təvəllüdlü Əsgərov Bəxtiyar Suliddin oğlu, 1982-ci il təvəllüdlü Talıbova Sevil, 2019-cu il təvəllüdlü (on aylıq) Xalıqov Narin Teymur qızı və bu gün 15 yaşı tamam olacaq 2005-ci il təvəllüdlü Əsgərova Nigar Azər qızı həlak olub. APA TV əməkdaşları Əsgərovların ailəsində olublar. Dəşhətli gecədə dağıntılar altından sağ çıxan Əsgərov Rövşən hadisənin canlı şahidi olub.

Özü dağıntılar arasından yüngül zədələrlə çıxarılsa da, anası ilə 15 yaşlı oğlu xəstəxanaya yerləşdirlib. Onun sözlərinə görə, hazırda yaralı olan anası və oğlunun ailə üzvlərinin həlak olmasından xəbəri yoxdur. Rövşənin sözlərinə görə, bacısı ailə qurandan 8 il sonra Narin dünyaya gəlib.

Qeyd edək ki oktyabrın 17-i düşmənin Gəncəyə raket atması nəticəsində 14 nəfər dinc sakin həlak olub, 55 nəfər isə müxtəıif bədən xəsarəti alıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın