15:44 20 Fevral 2021 239
Ana səhifə Xəbərlər

101 yaşlı İsmayıllı sakini koronavirusa qarşı peyvənd olundu

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri İsmayıllıda da davam edir.

Rayon İcra Hakimiyyətindən APA TV-ya verilən məlumata görə, əslən İsmayıllının Xankəndi kəndindən olan 1920-ci il təvəllüdlü Ziliyeva Şamama Sədir qızına səyyar tibb işçiləri tərəfindən öz evində peyvənd vurulub.

Könüllü olaraq nəvəsi tərəfindən qeydiyyatdan keçən Şamama nənə 101 yaşının olmasına baxmayaraq, peyvəndin vurulmasının vacib olduğunu və vaksindən sonra özünü yaxşı hiss etdiyini qeyd edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın