11:14 02 Mart 2021 98
Ana səhifə Xəbərlər

11 yaşlı qızın nişanlanması ilə bağlı xəbərdarlıq edildi - RƏSMİ

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisinin Poniçala (Soğanlıq) kəndində nişanlanan 11 yaşlı azərbaycanlı qızın valideynlərinə xəbərdarlıq edib.

APA TV Lent.az - a istinadən xəbər verir ki, hər iki tərəfin valideynləri polis idarəsinə çağırılıb. Onların izahatları alınıb və sərbəst buraxılıblar. Valideynlərə qızın 18 yaşı tamam olana qədər nikaha girməsinin qanunla qadağan olunduğu bildirilib.

Əks halda bu nikaha görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməli olacağı qeyd edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın