16:45 13 Sentyabr 2020 295
Ana səhifə Xəbərlər

12 yaşlı velosipedçini maşın vurdu, yolda keçindi - SABİRABADDA

Sabirabadda 12 yaşlı velosipedçini avtomobil vuraraq öldürüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qəzli kəndində qeydə alınıb.

Kənd sakini, 12 yaşlı Həsənov Elşən Rövşən oğlu velosipedlə hərəkətdə olarkən avtomobil tərəfindən vurulub. Ağır xəsarətlər alan uşaq xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad polisi tərəfindən araşdırma aparılır.
Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın