17:25 27 Sentyabr 2020 146
Ana səhifə Xəbərlər

128 nəfər koronavirusa yoluxub, 132 nəfər sağaldı – 1 NƏFƏR ÖLDÜ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 40 023 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 655 nəfər müalicə olunaraq sağalıb, 586 nəfər vəfat edib, aktiv xəstə sayı 1782 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 858, ötən müddət ərzində isə ümumilikdə 1 102 401 test aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın