18:14 12 Fevral 2020 331
Ana səhifə Xəbərlər

15 yaşlı uşağa qarşı quldurluq edən qardaşlar tutuldu

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan, 15 yaşlı uşağa qarşı quldurluq edən dəstə saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, hadisə zamanı naməlum şəxslər zərərçəkən orta məktəbdən qayıdan zaman ona yaxınlaşaraq, fiziki zor tətbiq edib iki ədəd mobil telefonunu əlindən alıblar.

Müstəntiq Vüqar Məcidovun sözlərinə görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı quldurluq əməlinin iki qardaş tərəfindən törədildiyi məlum olub: “Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin 2 ədəd mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakinləri - əvvəllər məhkum olunmuş İlkin Orucov və qardaşı Murad Orucov saxlanılıblar”.

Hadisə zamanı Murad və İlkinlə bərabər quldurluq cinayətində iştirak edən Xalid Quliyevin həm də bir müddət əvvəl narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısı ilə məşğul olduğu üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın