13:20 04 Dekabr 2019 244
Ana səhifə Xəbərlər

19 yaşlı Lalə: “Yaşamaq istəyirəm” - SOS

Lalə Xosrovlunun 19 yaşı var və Cəlilabadda yaşayır. Yaşamaq dedikdə, mübarizə aparır və bundan sonra da uzun illər yaşamaq istəyir. Bəlkə də oxumağı yaşamaqdan daha çox istəyir, amma 15-16 yaşında olarkən səhhətində yaranan problemlərə görə tibb kollecində 1 il oxuduqdan sonra təhsilini yarımçıq qoymalı olub. Qarın nahiyəsində ağrılar, kömək etməyən ağrıkəsicilər, getdikcə sağalmayan və güclənən xəstəlik... Keçən il isə vəziyyəti daha da pisləşib.

Lalənin anası Samirə Məmmədova qızının başına gələnləri APA TV-yə ürək ağrısı ilə danışır: “Dekabrda ağrılar başladı, daha şiddətli. İrana apardıq. Orada dedilər ki, mümkün deyil, artıq pis vəziyyətdədir. 700-ə qalxır onun kreatini. Yenə müalicə olundu, endi bir az 300-400-ə. Sonra gətirdik, burada həkim deyirdi ki, elə edin dializə düşməsin, bu yaşda dializ olmasın. Vəziyyəti daha da pisləşdi. Həmin vəziyyətdə götürdük onu Bakıya apardıq... Halı yox idi, ürəyi bulanırdı, iştahasızlıq var idi. Götürdülər dializə”.

Lalə Xosrovlu həftədə 3 dəfə dializə gedir: “Saat 5-dən 9-a kimi oturmaqdan qıçlarım tutulur. Duranda yeriyə bilmirəm deyə, həkimlər məni maşına qədər özləri aparırlar ki, evə gələ bilim”.

Böyrək çatışmazlığından əziyyət çəkən Lalənin sinəsinə aparat qoyulub və o, həftədə 3 dəfə dializ qəbul edir. Anası deyir ki, gənc olduğu üçün dializ bədəninin kalsiumunu da yuyur. Buna görə dializ alsa da pis olur, almasa da. Çıxış yolu isə gənc qıza yeni böyrəyin köçürülməsidir: “40 min manat məbləğində pul lazımdır ki, böyrək köçürülməsi üçün donor ola. Öz böyrəyim düşmür, çünki qanımız uyğun gəlmir. İranda həkimlə danışmışam, 8-10 min manat əməliyyata lazımdır. Böyrək verən də, xəstə özü də 3 dəfə analiz verməlidir, bir analiz 1000 manatadır. Başdan-dırnağa analizdən keçməlidir. Evimə qədər satdım, hazırda qardaşımın evində yaşayıram. Nə uşaq sağaldı, nə də pul kömək elədi. Ancaq böyrək dəyişilməlidir, dəyişilməsə, mümkün deyil. Həkimlər deyir ki, yaşamayacaq. 6 ay mənə vaxt vermişdilər. 6 ay tamam olub, artıq 8 ay keçib.

Lalənin və yaxınlarının gözləməyə nə taqəti, nə də zamanı qalıb. Uyğun böyrəyin tapılması və köçürülməsi üçün lazım olan 40 min manat pulu ödəmək isə imkansız ailə üçün mümkünsüzdür. Samirə xanım yeganə övladını uşaqlıqdan atasız böyüdüb. Qızının gözünün qabağında əridiyini görən ana yaşadığı evi sataraq bütün vəsaitlərini müalicələrə xərcləyib və daha satmağa heç nəyi qalmayıb: “Mən imkanlı şəxslərdən, xeyriyyəçilərdən yardım istəyirəm uşağım üçün. Uşağım xəstə olmasaydı, mən kimdənsə nəsə istəməzdim. Bu uşaq yaşasın. Ömrü boyu gedə bilməz dializə, gedir daha da pis olur”.

Lalə Xosrovlu çox şey istəmir, sadəcə, yaşamaq istəyir: “Xahiş edirəm imkanlı şəxslərdən, mənə kömək eləsinlər. Mən də məktəbi davam eləmək istəyirəm, yaşamaq istəyirəm. Anamın daha imkanı yoxdur, evi satdı ki, mənə kömək olsun, amma çarə tapılmadı. Atam da yoxdur, tək anam heç nə bacarmır”.

Şəfqət, başqasının halına yanmaq, xeyirxah işlər görmək, səxavət kimi keyfiyyətlər həmişə xalqımızın ən mühüm həyati dəyərləri olub və indi də belədir. İnanırıq ki, səsimizə səs verən xeyirxah insanlar olacaq. Lalənin əməliyyatı üçün yardımlarınızı ekranda gördüyünüz bank hesabına köçürə və ya (

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın