04:58 14 Dekabr 2019 1036
Ana səhifə Xəbərlər

2 gün öncə jurnalistləri təhqir edən sərnişin xanım bu dəfə özü qəza törədib

Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin məlumatına görə, “Infiniti” markalı avtomobili idarə edən xanım sürücü 3-cü mikrorayon dairəsində “Opel” markalı avtomobilə dəyib. “Infiniti”yə ciddi ziyan dəyib. Ancaq buna baxmayaraq xanım sürücü “Opel”in sahibi ilə mübahisə edib. Bu azmış kimi çəkiliş qrupunun da işinə mane olmağa çalışıb. Özü də kameraya əl ataraq...

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Xanım sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb. Baş vermiş qəza yerinə Post Patrul Xidmətinin əməkdaşları da cəlb edilib. Sonda hər iki sürücünün izahatı alınıb.

Qeyd edək ki, “Infiniti” markalı avtomobilin sürücüsü olan xanım iki gün öncə qəzaya uğramış “Jeep” markalı avtomobildə sərnişin qismində əyləşmişdi. O hadisə yerində olan əməkdaşlarımızı təhqir edərək işinə mane olmağa çalışmışdı . Onu da deyim ki, o bu gün qəzaya uğradığı avtomobillə iki gün öncə hadisə yerindən əks istiqamətli yola çıxaraq hərəkət etmişdi

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın