00:40 02 Dekabr 2019 31
Ana səhifə Xəbərlər

2 maşın toqquşdu: 4 nəfər xəstəxanalıq oldu - OĞUZDA

Oğuzda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

APA TV-nin ş
imal-qərb bürosunun məlumatına görə, hadisə Bayan kəndi ərazisində qeydə alınıb.

"Hyundai" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfərdən 2-si - 1965-ci il təvəllüdlü Zaqatala rayon sakini Oruc Ramazan oğlu Məhərrəmov və 1961-ci il təvəllüdlü Ağdam rayon sakini Eldar Ərşad oğlu Quliyev yüngül xəsarətlər alıb. 4 nəfər - Zaqatala rayon sakinləri - 1964-cü il təvəllüdlü İradə İspəndiyar qızı Məhərrəmova, 1995-ci il təvəllüdlü Günel Oruc qızı Kazımova, 1935-ci il təvəllüdlü Çiçək Məhərrəmova və Şəki rayon sakini, 1967-ci il təvəllüdlü Əsli Ərşad qızı Məmmədova Oğuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın