02:40 02 Dekabr 2019 267
Ana səhifə Xəbərlər

20 gündən sonra Azərbaycanda fəsil dəyişəcək

Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA TV-yə verilən məlumata görə, qış fəsli Azərbaycana dekabrın 22-si saat 08:19 dəqiqədə daxil olacaq.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olur. Həmin gün ən qısa gündüz, ən uzun gecə qeydə alınır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın