226 nəfər COVID-19-a yoluxdu, 5 nəfər vəfat etdi - STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 229 584 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3 105 nəfər vəfat edib, aktiv xəstə sayı 4 762 nəfərdir.
Qeyd edək ki, ölkədə son sutka ərzində 7 458, hazırkı dövrədək isə 2 380 074 test aparılıb.