10:40 23 Yanvar 2020 763
Ana səhifə Xəbərlər

26 il əvvəl şəhid olan döyüşçü Yevlaxda torpağa tapşırıldı

İmişlinin “Şəmmədli” qəbiristanlığında tanınmadan dəfn edilmiş şəhid döyüşçü Vəlyəddin Səhrab oğlu İbrahimovun nəşi Yevlax şəhərinə gətirilib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, əvvəlcə şəhidin cənazə mərasimi keçirilib. Mərasimdə onun xatirəsi anılıb, igidliyi və şücaəti haqqında söhbət açılıb.

Daha sonra o, Yevlax şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Sonda Azərbaycanın Dövlət Bayrağı şəhidin qızına əmanət edilib.

Xatırladaq ki, 1971-ci il təvəllüdlü şəhid döyüşçü Vəlyəddin İbrahimov 1994-cü ilin yanvar ayında cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. O, 26 il əvvəl İmişlinin tanınmadan dəfn edilmiş şəhidlər qəbiristanlığında torpağa tapşırılıb.

Daha sonra şəhidin qohumluq əlaqəsi müəyyənləşib və ona aid meyit qalıqları Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən eksqumasiya olunaraq, müvafiq nümunələr götürülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın