19:42 16 Oktyabr 2020 876
Ana səhifə Xəbərlər

27 ildən sonra Cəbrayılda – JURNALİSTLƏR “DOSTLUQ BULAĞI”NDAN SU İÇDİ

27 ildən sonra ilk dəfə yenidən ana torpaqlarımıza qayıtdıq.

Ordumuzun işğaldan azad etdiyi torpaqlara onlardan sonra qədəm basan mətbuat nümayəndələri olub. APA TV-nin əməkdaşlarının da olduğu KİV təmsilçiləri ilk olaraq

Cəbrayılın simvoluna çevrilən "Dostluq bulağı"ndan su içiblər.

27 ildən sonra Cəbrayıl torpağındayıq, Cəbrayıl torpağına qədəm basdıq. Gördüyünüz bu bulaq Dostluq bulağıdır ki, bütün hər kəs - cəbrayıllılar və qeyri-cəbrayıllılar, məmləkətin bütün vətəndaşları bu bulağı tanıyır. Şükürlər olsun ki, suyu da gəlir.

Əməkdaşlarımız “torpaqlarımız işğaldan azad olunsun ayaqyalın o torpaqlara getməyə razıyam”, - deyən sakinlərin də arzusunu yerinə yetirib.

15 illik jurnalistika həyatımda çox məcburi köçkün nənələr, babalar çəkdim. Hər birinin arzusu öz doğma elinə-obasına, işğaldan azadlıqdan sonra ayaqlarını soyunub, ayaqyalın getmək idi. Bir çoxları bu günü görmədi. Cəbrayıl rayon sakinlərindən də çoxunun arzusu idi nənələrdən, babalardan ki, bu torpağa gəlsin və bu torpaqlarda ayaqlarını soyunsun. Mən onların ruhu şad olsun deyə, bu gün onlar adına ayaqlarımı soyunub, ayaqların gəzəcəyəm. Nənə-babalarımızın ruhu şad olsun. Buraları görməyən nənə babalarımızın.

Əməkdaşlarımız ermənilərin işğal etdiyi yaşayış məntəqələrimizi ötən 27 il ərzində necə talan etdiyinin şahidi olublar. 10 kənddən birində yaşayış olan Cəbrayılın kəndini Azərbaycan ordusu bir evə mərmi atıb dağıtmadan erməni tapdağından azad edib.

Hazırda Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərindən birindəyik. Təbii ki, bizim kadrlarımızdan kimsə öz evini görüb tanıyacaq. Bu sevinci onlara yaşatmaq istədik ki, efirdən görsünlər öz evlərini. Gördüyünüz kimi, 1993-cü ildə işğal olduqdan sonra ermənilər yaşayıb burda. Keçək həyətə baxaq. Bura tarix də yazılıb yəqin ki. Ermənilər bu həyətdə dağıntı işləri aparmayıblar. Buranı qoruyub saxlayıblar. Çox güman ki, burda yaşayıblar. Özləri üçün qışda yandırmağa oduncaq da yığıblarmış. Ümid edirik ki, bu evin sahibi gələndə, öz nəvəsinə bu yürükdə lay-lay deyib yatıracaq.

İşğaldan azad edilən Cəbrayıl rayonunda jurnalistlərə açıqlama verən polkovnik Elşad Əbilov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında zəfər yürüşünün davam etdiyini bildirib. O qeyd edib ki, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri azərbaycanlıların yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub, mülki şəxslər arasında ölən və yaralananlar olub: “Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatlarına başlayıb. Artıq bir neçə yaşayış məntəqəsi erməni işğalından azad edilib. Uğurlu əməliyyatlar davam edir. Azərbaycan Ordusunda yüksək nizam-intizam və ruh yüksəkliyi var. Əsgər və zabitlərimiz torpaqları işğaldan azad etmək üçün canından, qanından keçməyə hazırdır. Bunu düşmən yaxşı bilir. Döyüşlər davam edir. Uğurlarımız var, bu belə də davam edəcək”.

İşğaldan azad edilən növbəti rayonlardan qələbə xəbərlərini çatdırmaq ümidi ilə...

Habil Aslanoğlu,

Ziya İsmayılov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın