22:00 09 Avqust 2019 37
Ana səhifə Xəbərlər

3 maşın toqquşdu, 3 nəfər öldü - TOVUZDA DƏHŞƏTLİ QƏZA

Tovuzda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun girişində - Heydər Əliyev prospektinə qeydə alınıb. ”VAZ 21 011”, Daewoo Nexia” və “Mercedes” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində Tovuz rayon sakinləri - 36 yaşlı Kamran Qasımov, 55 yaşlı Nailə Murtuzəliyeva və 29 yaşlı Müzəffər Hüseynzadə ölüblər. Qəza nəticəsində ağır xəsarətlər alan Aysel Murtuzəliyeva, Ayşən Murtuzəliyeva və Vüqar Murtuzəliyev Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan Ayşən Murtuzəliyevanın xəsarətinin daha ciddi olduğu bildirilib. Qəza ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın