02:00 13 Yanvar 2020 422
Ana səhifə Xəbərlər

3 narkotacir iş başında yaxalandı - 2 ƏMƏLİYYATLA

Astarada 3 narkotik alverçisi ələ keçib.


APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Ərçivan qəsəbə sakini Qurbanəli Əliyev saxlanılıb.

Onun heroin satmaq istədiyi Siyəzən rayon Zarat kənd sakini, əvvəllər məhkum olunmuş Ceyhun Xalıqov da yaxalanıb.

Q.Əliyevin üzərindən əlavə olaraq 2 kq, C.Xalıqovdan isə 1,25 qram heroin götürülüb. Q.Əliyevin narkotiki İran vətəndaşından aldığı, Astara rayonunun Pensər kəndi ərazisində əvvəlcədən gizlədilmiş yerdən götürdüyü məlum olub.

Başqa bir əməliyyatla Astara şəhər sakini Şəbir Səmədli də heroin satarkən tutulub. Onun üzərindən və yaşadığı evdən ümumilikdə 530 qram heroin aşkar edilib.


İki əməliyyat nəticəsində 2,5 kq-dan çox narkotik vasitə dövriyyədən çıxarılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın