18:26 19 Yanvar 2021 98
Ana səhifə Xəbərlər

32 kq narkotik aşkarlandı – CƏLİLABADDA ƏMƏLİYYAT

Cəlilabadda polis əməkdaşları avtomobildən 32 kiloqramdan artıq narkotik vasitə aşkarlayıblar.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 32 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Cəlilabad rayonunun Ocaqlı kəndində keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Salman Hüseynzadə və Amil Şərbətov sonuncunun idarə etdiyi “Opel” markalı avtomobildə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şöbədə həmin avtomobilə keçirilən baxış zamanı ümumi çəkisi 25 kiloqram 285 qram heroin, 6 kiloqram 920 qram metamfetamin aşkar edilərək götürülüb: “Əliqasımlı yolunun üstündə dirək var, onun dibinə qoymuşdular. Biz də əlaqə saxladıq, getdik oradan götürdük. Bakı istiqamətinə çıxanda Ocaqlıda saxladılar. Polislər saxlayan kimi gətirdilər bizi şöbəyə. Bizə baxış keçirilən zaman maşındaydı, arxa oturacağın üstündə. Biz də yerini göstərdik”.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın