10:40 12 Noyabr 2019 176
Ana səhifə Xəbərlər

4 rayonun icra başçısı işdən çıxarıldı - YENİ TƏYİNATLAR

Azərbaycanda bir neçə rayonun İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib.

APA TV-nin məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncamlar imzalayıb.

Dövlət başçısının sərəncamlarına əsasən, İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Mərdan Talıb oğlu Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı, Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər.

Dövlət başçısının digər sərəncamları ilə Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı, İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı, Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın