06:00 09 Sentyabr 2019 31
Ana səhifə Xəbərlər

5 nəfər boğuldu: Üçü bir ailənin üzvüdür - İMİŞLİDƏ FACİƏ

İmişli rayonunda bir ailənin 5 üzvü avtomobil qəzasında ölüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında yolun Əliqulular kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1963-cü il təvəllüdlü İlqar Əliağa oğlu Şamxalovun idarə etdiyi “Opel Vectra” markalı 10 TN 845 dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.

Sürücü də daxil olmaqla, avtomobildə olan sərnişinlər İmişli sakinləri - sürücünün qardaşı, 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı 1967-ci il təvəllüdlüMəmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci l Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın