18:13 07 İyul 2020 349
Ana səhifə Xəbərlər

5200-dən çox təsərrüfat subyektində karantin rejiminin tələbləri pozulub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarət olunması ilə bağlı monitorinqlərini davam etdirir.

APA TV-nin məlumatına görə, monitorinqlər zamanı satıcıların, istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılır və karantin qaydalarının pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılırlar: “İndiyədək 11000-dək təsərrüfat subyektində monitorinq aparılıb, bunlardan 5200-dən çox təsərrüfat subyektində karantin rejiminin tələblərinin pozulduğu müəyyən edilib”.

Mirzə Mirzəyev vurğulayıb ki, ölkə Prezidentinin 3 iyul 2020-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib: “4-6 iyun tarixlərində 830-dək təsərrüfat subyektində aparılmış monitorinqlər zamanı bu obyektlərin 230-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub”.

Qeyd edək ki, hazırda qurum tərəfindən monitorinqlər davam edir və artıq bir çox təsərrüfat subyektlərində qaydalara riayət olunması müşahidə edilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın