17:04 16 Aprel 2021 110
Ana səhifə Xəbərlər

6 ay komada qalan 23 yaşlı Səbuhi Hüseynli dəfn olundu

Vətən müharibəsində yararlanaraq, 6 ay komada qalan 23 yaşlı Səbuhi Hüseynli dəfn olunub.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Maqsudkənd kənd sakini olan şəhid doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Səbuhi Hüseynli oktyabrın 20-də yaralanmışdı. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın