17:11 22 Yanvar 2021 123
Ana səhifə Xəbərlər

6 evdən pul və məişət əşyaları oğurlayan şəxs saxlanıldı 

Binə qəsəbəsində 6 evdən oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində, ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxs saxlanılıb.

Əməliyyat zamanı tutulan paytaxt sakini Hikmət Kərimovun Xəzər rayonu Binə qəsəbəsində 6 evdən pul və məişət əşyaları oğurladığı məlum olub.



Faktlarla bağlı Hikmət Kərimov barəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, Hikmət Kərimovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın