14:40 15 Noyabr 2019 78
Ana səhifə Xəbərlər

6 manat borca görə öldürüldü - BALAKƏNDƏ DƏHŞƏTLİ QƏTL

Balakən sakinini həmkəndlisi qətlə yetirib.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Hənifə kəndində qeydə alınıb.

Kənd sakinləri - 1994-cü il təvəllüdlü Elvin Eynulla oğlu Balayev və 1979-cu il təvəllüdlü Zaur Şamil oğlu Layıcov telefonla danışan zaman aralarında mübahisə yaranıb. Elvinin Zaura 6 manat borcu olduğuna görə, həmkəndlilər görüş təyin edib. Görüş zamanı mübahisə daha da qızışıb və Zaur evdən gətirdiyi mətbəx bıçağı ilə Elvinin ürək nahiyəsindən bir bıçaq zərbəsi vurub. Elvin Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

Z.Layıcov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın