22:40 03 Dekabr 2019 54
Ana səhifə Xəbərlər

6 tələbə qız zəhərləndi - BU DƏFƏ QAZAXDA

Qazaxda 6 tələbə zəhərlənib.

APA TV-nin qərb bürosunun məlumatına görə, fakt Qazax Dövlət Sosial İqtisadi Kollecində qeydə alınıb.

Dərs zamanı bir neçə tələbənin halı pisləşib. Onlar dərhal Qazax DiaqnostikaMərkəzinə aparılıb. İlkin tibbi müdaxilədən sonra onlar Reanimasiyaşöbəsinəyerləşdirilib. Tibb ocağından zəhərlənənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilib:

Zəhərlənən tələbələr - Gədəbəy rayon sakini, 19 yaşlı Həsənova Güləndam Saqif qızı, Tərtərrayon Söyləm kənd sakini, 19 yaşlı Səfərli ƏfsanəMətləb qızı, Ağstafa rayon Həsənsukənd sakini, 19 yaşlı Mərdanova Xavər Fikrət qızı, Şəmkir rayon Şəmkirqalasıkənd sakini, 18 yaşlı Alızadə Arzu Azər qızı və Qazax şəhər və rayonun Balacəfərli kənd sakinləri, 19 yaşlı Süleymanova Mahizər Akif qızı ilə 19 yaşlı Mərdanova Səidə İntiqam qızıdır.

Övladlarının zəhərləndiyinieşidibözünü çatdıran valideynlərə və tələbələrin yaxınlarına qızlarınsinif otağında sobanın tüstüsündən zəhərləndikləri deyilib. Onlar da kolleci qızdırmaq üçün sinif otaqlarında dizel yanacağından istifadə edildiyini təsdiq edir. Buna görə də faktın məhz bu səbəbdən baş verdiyi ehtimal olunur:

Tədris müəssisəsindən ötən ildən kombi avadanlığıquraşdırıldığı bildirilib, amma hələlik qazla təmin olunmayıb. Bu səbəbdən dəbinanıalternativ yanacaq -yəni dizel yanacağı ilə işləyən soba ilə isidirlər.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın