13:15 25 Yanvar 2021 121
Ana səhifə Xəbərlər

60 evdən oğurluq edən dəstə zərərsizləşdirildi – BAKIDA ƏMƏLİYYAT

Suraxanıda ayrı-ayrı vaxtlarda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri Ramin Qocayev, Cəbrayıl Abdullayev və Ayşən İsmayılova tutulublar. Onların Suraxanı rayonunda 60-dan çox evdən əsasən məişət əşyaları, mobil telefonlar və digər avadanlıqlar oğurladıqları məlum olub.

Faktlarla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dəstə üzvlərinin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın