16:14 10 Yanvar 2021 257
Ana səhifə Xəbərlər

601 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 1593 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 224 651 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib, aktiv xəstə sayı 13 061 nəfərdir.

Ölkədə son sutka ərzində 8 368, hazırkı dövrədək isə 2 267 923 test aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın