19:20 22 Noyabr 2019 61
Ana səhifə Xəbərlər

7 avtomobil qəzaya uğradı – Bakıda

Gecə saatlarında Ziya Bünyadov prospektində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Belə ki, prospektin Nərimanov rayonu ərazisinə düşən hissəsində “Hyundai” markalı avtomobilin mühərrikində nasazlıq yaranıb. “Hyundai”ın sürücüsü avtomobili yolun ortasında saxlayıb. Bu zaman arxada hərəkətdə olan “Nissan” ona çırpılıb. Zərbənin gücündən “Nissan”da olan iki sərnişin xəsarət alıb. Hadisədən bir neçə dəqiqə sonra 5 avtomobil qəzaya uğramış sözügedən nəqliyyat vasitələrinə çırpılıb. Sürücülər sonrakı qəzaya səbəb kimi yolda işıqların söndürülməsini göstərir.

7 nəqliyyat vasitəsinin qəzasına səbəb kimi yolda qəza nişanı və yaxud hər hansı yol polisinin olmamasından şikayətlənən sürücülərdə var idi

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları və Bakı Şəhər Baş Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Polislər yolda hərəkəti tənzimləyib. Və avtotexniki ekspertiza təyin edilib. Hadisənin səbəbləri araşdırılır

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın