22:40 07 Aprel 2020 1060
Ana səhifə Xəbərlər

“8103”dən gələn razılıq SMS-nin tarixini dəyişdirdi, həbs edildi

"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi olan “8103” qısa nömrəsindən gələn razılıq SMS-in tarixini xüsusi kompüter proqramları vasitəsilə saxtalaşdıraraq qaydaları pozan Sumqayıt şəhər sakini Nail Yaqubov saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 5-də özünə məxsus mobil nömrədən ərzaq almaq üçün “8103” xidmətinə SMS göndərib. Həmin SMS-in cavabı olaraq Nail Yaqubova 13:30-dan 15:30-dək yaşayış yerini tərk etməyə icazə verilib.Axşam saatlarında o, həmin SMS-in saatını proqram vasitəsilə dəyişərək xüsusi karantin qaydalarının tələblərini pozaraq yenidən küçəyə çıxıb.

Həmçinin Nail Yaqubov tarixini dəyişdiyi SMS-in şəklini sosial şəbəkələrdə və “Whatsapp” qruplarında yayaraq tanışlarını da eyni üsulla xüsusi karantin rejimini pozmağa çağırıb.

Etdiyi qanunsuz əmələ görə Nail Yaqubov inzibatiqaydada məhkəmənin qərarı ilə 25 sutkahəbsedilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın