04:00 12 Noyabr 2019 204
Ana səhifə Xəbərlər

83 yaşlı kişinin evi yandı - GÖYÇAYDA

Göyçayda 4 otaqlı ev yanıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay və Ucar Dövlət Yanğından Mühafizə hissələrinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Kənd sakini, 83 yaşlı Musayev Etibar Musa oğluna məxsus 4 otaqlı mənzildə baş verən yanğın zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi araşdırlır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın