18:16 14 Dekabr 2019 517
Ana səhifə Xəbərlər

9 partiya 9 fevral seçkilərinə hazırdır - SİYAHI

Gələn il, fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb.

APA TV-nin məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında marafona qoşulmaq üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması məsələsinə baxılıb.


İclasda Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Azərbaycan Demokrat Partiyası (ADP) və Böyük Azərbaycan Partiyasından (BAP) təmsilçiləri təyin edilib.


Xatırladaq ki, buna qədər seçkilərdə iştirakla bağlı MSK-ya 3 siyasi partiya - Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası (ÜP) və Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP).

MSK sədri onu da bildirib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 268 nəfər müraciət edib. Onlardan 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. 29 nəfərə isə imza vərəqələri verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın