04:00 09 Avqust 2019 22
Ana səhifə Xəbərlər

99 yaşlı nənə şəxsiyyət vəsiqəsi aldı - İLK DƏFƏ PENSİYA ALACAQ

Bərdədə şəxsiyyət vəsiqəsi olmadığı üçün bütün imtiyazlarından məhrum qalan yaşlı qadına ilk dəfə şəxsiyyət vəsiqəsi verilib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Qaraqoyunlu kənd sakini, 1920-ci il təvəllüdlü Mustafayeva Tuyğun İmran qızının yaxınları bununla bağlı Bərdə “ASAN xidmət” mərkəzinə müraciət edib. 99 yaşlı qadının sovetlər birliyi dağıldıqdan sonra şəxsiyyət vəsiqəsi almayıb. Bu səbəbdən də Tuyğun nənə uzun illər təqaüd ala bilməyib: “Vallah, nə bilim. Bisavadam deyə, özüm bilmirəm, başım çıxmır, evdəkilər də mənə hörmət edir. Elə baxıb deyirəm, Allah, o puldan mənə veriləcək? mən elə pulun davasını çəkirəm”. Tuyğun nənəyə sənədi mobil səyyar xidmətlə yaşadığı ünvanda təqdim edilib. Yaxın gələcəkdə yaşlı qadın bütün imtiyazlarından yararlana biləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın