12:00 28 Mart 2020 240
Ana səhifə Xəbərlər

ABŞ koronavirusla mübarizə üçün Azərbaycana yardım ayırdı

ABŞ koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana maliyyə dəstəyi ayırıb.

APA TV-nin xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytı məlumat yayıb.

ABŞ Dövlət Departamenti bildirib ki, 1.7 milyon dollar dəyərində ayrılan yardım Azərbaycanda laboratoriya sistemlərinin hazırlanmasına, yoluxma faktlarının araşdırılması və faktlara əsasən nəzarəti aktivləşdirməyə, texniki mütəxəssislərin hazırlığına, risk kommunikasiyasını qurmağa kömək edəcək.

Qeyd edək ki, son 20 ildə ABŞ Azərbaycanda səhiyyə sahəsinə 41 milyon dollara yaxın yardım edib və ümumilikdə isə müxtəlif sahələrə 890 milyon dollardan çox sərmayə qoyub.

Gürcüstan və Ermənistanın hər birinə isə 1.1 milyon dollar ayrılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın