05:43 30 İyun 2020 636
Ana səhifə Xəbərlər

Abşeron rayonunda qurulan postlarda gün ərzində 60 nəfər cərimələndi

Karantin dövrü başlayandan Abşeron rayonu ərazisində 4 stasionar post qurulub ki, həmin postlarda sürücü və sərnişinlərin müvafiq icazəsinin olub-olmaması yoxlanılır.

APA TV xəbər verir ki, bununla yanaşı, postlardan keçən hər bir sürücü və sərnişinin tibbi maskasının olmaması da diqqət çəkib. Buna görə, Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücü və sərnişinlərlə maarifləndirici söhbərlər aparıb. Daha sonra, həmin sürücü və sənrişinlərə müvafiq protokol tərtib edilib.

Ancaq nümünəvi sürücülərə də rast gəlmək mümkün oldu.

Gecə vaxtı vəziyyətdən sui istiafədə edən sürücülərdə rast gəlindi. Belə ki, avtomobilin dövlət nömrə nişanını bilərəkdən çıxaran sürücü, özünü hər cür haqlı çıxarmağa çalışdı.

Abşeron Rayon Dövlət Yol Polis şöbəsinin baş inspektoru Əli Cavadov bildirib ki, 21 iyundan bugünə kimi 800 nıəfərdən çox sürücü və sərnişin məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, yeni qüvvəyə minən qanuna əsasən fərdi qoruyucu vasitələrdən istifadə etməyən fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın