23:33 25 Mart 2020 467
Ana səhifə Xəbərlər

Abşeronda əl qumbarası tapılıb

Abşeron rayonu, Qobu qəsəbəsi, Atyalı yaşayış massivi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA TV-yə verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın