14:35 15 Avqust 2020 677
Ana səhifə Xəbərlər

Abşeronda gizli fəaliyyət göstərən restoranın sahibi və müştərilər cərimələndi

Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət edən restoran aşkar olunub.

DİN-dən APA TV-yə verilən xəbərə görə, Polis İdarəsinin əməkdaşları tərəfindən Ceyranbatan qəsəbəsində keçirilən tədbir zamanı Rövşən Rufullayevin işlətdiyi “Xançinar” restoranında müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 11 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində protokol tərtib edilib. Restoranın sahibi 3000 manat, digər şəxslərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın