15:49 04 İyul 2020 526
Ana səhifə Xəbərlər

Abşeronda qanunsuz fəaliyyət göstərən dərzi sexləri aşkarlandı - 56 NƏFƏR CƏRİMƏLƏNDİ

Abşeron rayonu ərazisində yerləşən ticarət obyektlərinin birində qanunsuz fəaliyyət göstərən 5 dərzi sexi aşkar olunub.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin sexlərə baxış keçirilən zaman ümumilikdə 56 nəfərin xüsusi karantin qaydalarını pozaraq, heç bir sanitar-gigiyenik normalara cavab vermədən sexlərdə işlədiyi məlum olub.

Qanun pozuntusuna yol verəm şəxslər və sahibkarlar polislər tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.

Qeyd edək ki, sahibkarlıq subyektləri növbəti dəfə eyni əməli törədərlərsə, onları inzibati qaydada həbs olunma təhlükəsi gözləyir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın