15:30 14 Sentyabr 2020 186
Ana səhifə Xəbərlər

Abşeronda reyd keçirildi, maskadan istifadə etməyənlər cərimələndi

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilib.

DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, reyd zamanı avtobuslarda və taksilərdə maskadan istifadə etməyən sərnişinlər və sürücülər yol polisləri tərəfindən müəyyən edilərək cərimələniblər.

Həmçinin taksilərdə sərnişinlərlə sürücülər arasında quraşdırılmalı olan şəffaf arakəsmələrdən istifadə etməyən şəxslər də cərimə ediliblər.

Reyd zamanı həmçinin Xırdalan şəhərində avtobus dayanacaqlarında nəqliyyat vasitələrini saxlayan və bununla da sıxlığın yaranmasına səbəb olan sürücülər barəsində də protokollar tərtib edilib. Tədbir zamanı ümumilikdə epidemiya qaydalarını pozan 30 dan artıq şəxs, 80-dən artıq sürücü isə dayanma-durma qaydalarına əməl etmədiyi üçün cərimələnib.

Abşeronda polislər tərəfindən belə profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın