06:28 13 Sentyabr 2020 288
Ana səhifə Xəbərlər

Abşeronda üç avtomobil toqquşub - XƏSARƏT ALAN VAR

Abşeronda zəncirvari yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA TV xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib. “VAZ 21015” markalı avtomobil ona çırpılıb. Evakuator xidmətinə məxsus nəqliyyat vasitəsi isə “VAZ 21015”ə çırpılıb. Nəticədə “VAZ 21015”də olan bir nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın