19:03 13 Avqust 2020 458
Ana səhifə Xəbərlər

Abşeronda yük və minik maşını toqquşdu – SÜRÜCÜ YARALANDI

Abşeronda yük maşını minik avtomobili ilə toqquşub.

APA TV-nin yerli bürosunun məlumatına görə, qəza rayonun Novxanı kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü Vicay Baxışov idarəetməni itirərək "Kamaz" markalı yük avtomobili ilə toqquşub. Əraziyə yol polisinin əməkdaşları cəlb edilib. Yol-nəqliyyat hadisəsi "Opel" markalı nəqliyyat vasitəsinin sürücüsünün yol nişanının tələblərini pozması səbəbindən baş verib.

Qəza nəticəsində minik avtomobilinin ön hissəsi deformasiya uğrayıb, sürücü ağır xəsarət alıb. O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı,

Əli Əliyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın