16:00 23 İyul 2018 251
Ana səhifə Xəbərlər

ADY jurnalistlər üçün media tur təşkil edib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 22 iyul - Milli Mətbuat günü ilə əlaqədar jurnalistlərin Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzinə səfərini təşkil edib.

APA TV-nin məlumatına görə, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov bildirib ki, mərkəz dəmiryol işçilərinin istirahəti üçün yaradılıb.

“Lokomotiv” İstirahət Mərkəzi 2008-ci ildən istifadəyə verilib. Burada dəmiryol işçilərinin yay tətilinin səmərəli təşkili üçün hər bir şərait yaradılıb. Ekskursiya zamanı biz bunun əyani şahidi olduq. Qapalı meydançalar, idman zalları, trenajorlar, bilyard zalı və s.

Voleybol oynamaq üçün də geniş meydança var. Burada il ərzində 1200 dəmiryolçu və ailəsi istirahət edir. Mərkəz dənizə yaxın yerləşir. Amma sərinləmək üçün geniş hovuza da baş vurmaq olar.

Fəzail Bağırov fürsətdən istifadə edərək mətbuat işçilərini peşə bayramı münasibətilə təbrik edib: “Peşə bayramınız mübarək olsun. Bizim gördüyümüz işlər sizin vasitənizlə ictimaiyyətə çatdırılır. Məlumat üçün bildirim ki, son 3-4 il ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti həqiqətən böyük inkişafa nail olub. Bütün struktur bölmələrdə islahatlar aparılır, yollar yenilənir və s. Bütün bu işlərin görülməsin millət vəkili, “Azərbaycan Dəmir Yolları”QSC-nin sədri Cavid Qurbanovun əməyini xüsusi qeyd etmək istərdim. Sosial proqramların həyata keçirilməsinə də xüsusi önəm verilir”.

"Bakı-Tbilisi-Qars dəmiryolunun, eyni zamanda “Şimal-Cənub” yükdaşıma dəhlizinin açılışı Azərbaycan dəmiryolunun inkişafına təkan verib. Siyasi dividentlərlə yanaşı, dəmiryolçuların əmək haqları artırılıb, sosial problemləri həll olunub, 178 dəmiryolçu pulsuz mənzillə təmin olunub", - deyə Fəzail Bağırov əlavə edib.

“Azərbaycan Dəmir Yolları”QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova da jurnalistləri Milli Mətbuat günü münasibətilə təbrik edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın