11:56 16 Sentyabr 2020 184
Ana səhifə Xəbərlər

Ağaclar aşdı, elektrik naqilləri və telefon xətləri qırıldı – GÜCLÜ KÜLƏYİN FƏSADLARI

Zaqatalada güclü külək bir sıra fəsadlar törədib.

APA TV-nin məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb.

Bu cür hava şəraiti daha çox rayonun Muğanlı, Faldar, Qandax, Mosul Yengiyan və Kəpənəkçi kəndlərinin yerləşdiyi ərazilərdə fəsadlar törədib. İri gövdəli ağaclar yıxılıb, elektrik naqilləri, telefon xətləri qırılıb.

Güclü külək nəticəsində bir sıra evlərin və mal tövlələrinin dam örtüyü də dağılıb. Adları çəkilən kəndlərə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Gecə saatlarından rayon Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov və müvafiq qurumların nümayəndələri əraziyə baxış keçirib, dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın