01:02 13 Fevral 2020 655
Ana səhifə Xəbərlər

Ağcabədi sakinləri oğlunu öldürən atanın məsuliyyətdən azad edilməsini istəyir

Ağcabədidə ata oğulu dəhrə ilə vuraraq öldürüb.

Hadisə Ağcabədi rayon Təzəkənd kəndində baş verib. 1962-ci il təvəllüdlü Cəfərov Valeh Saleh oğlu, 30 yaşlı oğlu, Cəfərov Tural Valeh oğluna dəhrə ilə başından vuraraq öldürüb.

Qətl hadisəsini araşdıran APA Tv-nin yerli bürosu hadisənin təfərrüatını öyrənib. Atanın öz oğlunu öldürməsinə səbəb onun tüfeyli həyat tərzi yaşaması və bacılarını və anasını mütəmadi döyməsi olub. Ailə üzvlərinin sözlərinə görə 4 bacısının bir qardaşı olan Tural Cəfərov əvvəllər oğurluq üstündə həbs yatıb. Həbs həyatı onun necə deyərlər ağıllanmasına səbəb olmayıb. Əksinə zindandan çıxdıqdan sonra da dəfələrlə xuliqanlıqla saxlanılıb. Narkotik və alkol düşgünü olan gənc mütəmadi olara ailəsinə əziyyət verb.

Ailənin 4 qızdan biri olan Afət Cəfərovanın sözlərinə görə Tural hər dəfə evə sərxoş gələndə ailə üzvlərinə işgəncə yaradırmış. Sonuncu gündə eyni vəziyyət yaranıb. Qızlar və ana evdən qaçsa da ata evdən getməyib. Onu sakitləşdirməyə çalışıb. Yəqin ki, bacarmayıb. Afət deyir ki, atam Turalı öldürməsəydi Tural bizi öldürəcəkdi. Atam ailəsini qorumaq üçün öz oğlunu öldürdü.

Valeh oğlunu öldürdükdən sonra polisə təslim olub. İndi 4 bacı qardaşlarının verdiyi işgəncədən qurtulsalar da, əsəb-sinir xəstəliyindən əziyyət çəkən atalarının cinayət məsuliyyətinə cəlb olmasını istəmirlər. Onlar Valeh Cəfərovun övlad qatili yox, övladlarını, ailəsini qorumaq üçün öz oğlunu öldürmək məcburiyyətində qalan ata kimi tanınmasını istəyirlər. Əslində bunu bütün kənd sakinləri də istəyir.

Faktla bağlı Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın