11:20 06 Aprel 2020 294
Ana səhifə Xəbərlər

Ağcabədidə dəhşət: iki qardaşı yandırdılar

Ağcabədidə iki qardaşın üzərinə benzin tökərək yandırıblar.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Boyat kəndində qeydə alınıb. Kənd sakini Amil Əmrahov münaqişə zəminində həmkəndliləri Ehtiram Əliyev və Yaşar Əliyevin üzərinə benzin tökərək yandırıb.

Münaqişəyə səbəb isə Ehtiram və qardaşı Yaşar Əliyevlərin, Amil Əmrahov və onun qardaşı Aftandil Əmrahova telefonda nalayiq ifadələr işlətməsi olub.

Bu səbəbdən də Amil Əmrahov idarə etdiyi avtomobildən benzin götürərək hər iki qardaşın üzərinə töküb və daha sonra alışqanla onları yandırıb.

Hadisə yerinə çatan Ehtiram və Yaşarın ailəsi yanan övladlarını söndürməyə çalışıb. Bu zaman qardaşların anası və əmisinin də əlləri yanıb.

Söndürülən yaralılar Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin yardım göstərildikdən sonra paytaxtdakı Yanıq Mərkəzinə gətiriliblər.

Hadisə zamanı Amil Əmrahov özü də yanıq xəsarətləri alıb, Aftandil Əmrahov isə şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın