18:24 20 Noyabr 2020 386
Ana səhifə Xəbərlər

Ağdam sakinləri küçələrə çıxdı – AZADLIQ XƏBƏRİNDƏN SONRA

Onlar artıq məcburi köçkün deyil. Ağdam sakinləri 27 ildən çoxdur didərgin düşdüyü torpaqlara geri qayıdır.

APA TV xəbər verir ki, bu görüntülər Ağdamda sevincini paylaşmaq üçün küçələrə çıxan vətəndaşların unudulmaz anlarını əks etdirir.

Kimi səsucaldanla düşmən ordusunun zəifliyinə eyham vurur, kimi bayraq dalğalandırır, kimi də nəhəng köçü xatırladan bu mənzərəni heyranlıqla seyr edir. Çünki onlar dünənədək ayaq basmağa icazə verilməyən Ağdam ərazilərində sərbəst gəzə biləcəklər.

- Hamımızın gözü aydın! Neçə illərdir gözlədiyimiz bu gün gəldi, çıxdı. Allah Prezidentimizin canını sağ eləsin. Dəmir yumruğun hesabına Azərbaycanımız şimaldan azad elədi Ağdamımızı, bütün Qarabağımızı. Qarabağ Azərbaycandır!

- Qarabağ Azərbaycandır. Dəmir yumruq kimi birləşmişik xalqımızın ətrafında. Şükür bugünkü günə. Bu sevinci bu gün yaşayırıq. Səhərdən buradayıq. Torpağımızın, Qarabağımızın, Ağdamımızın havasını uduruq.

Sakinlər daha sonra Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları önünə qərənfillər düzərək bu şərəfli qələbə günün xalqımıza bəxş edənlərin xatirəsini yad ediblər.

Habil Aslanoğlu

Ziya İsmayılov

APA TV, Qarabağ

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın