10:40 29 May 2020 284
Ana səhifə Xəbərlər

Ağdaşda narkotik yetişdirən iki xalaoğlu yaxalandı

Ağdaşda narkotik yetişdirən iki xalaoğlu tutulub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 1981-ci il təvəllüdlü Elmir Hüseynov və 1987-ci il təvəllüdlü Gündüz Bayramov narkotik tərkibli çətənə bitkiləri yetişdirdikləri üçün saxlanılıblar.

Polis əməkdaşları onların Yuxarı Ləki kəndi ərazisində böyürtkən kollarının arasında əkdiyi 28 ədəd çətənə kollarını aşkar ediblər.

Xalaoğlu olan Elmir Hüseynov və Gündüz Bayramov barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, “Xaş-xaş 2020” tədbirlər planına əsasən Ağdaş rayonu ərazisində ümumilikdə 1 ton 141 kiloqram yabanı halda bitmiş narkotik tərkibli çətənə kolu aşkar edilib və həmin bitkilər kökündən çıxarılaraq məhv edilib.

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın