15:20 13 Yanvar 2020 1601
Ana səhifə Xəbərlər

“Ağıllı ol” məsləhətinə görə qan tökdü - KAFEDƏN ÇIXAN KİMİ

Quba sakinini bıçaqlayan şəxs saxlanılıb.

APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, polisə rayonun Digah kənd sakini Coşqun Həsənbəyovun bıçaq xəsarəti ilə Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyatla Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş 44 yaşlı Rəşad Aydəmirov saxlanılıb.

O, C.Həsənbəyovu aralarında yaranmış mübahisə zəminində bıçaqladığını bildirib: “Bakıda qalıram, anamgilə qonaq gəlmişdim. Oturub yeyib-içdik. Evə gedəndə vurulan Coşqun gəldi. Dedi, mən də istəyirəm sizinlə yeyib-içim.

Gedib araq aldı, süfrəni düzəltdi. Hər şey normal idi. Çıxanda kafedə bir qohumumu gördüm. Ona zarafatla “ağıllı ol” dedim, bu qayıtdı ki, ona niyə elə dedin? Həmin adam da buna bizim zarafatımızın olduğunu bildirdi.

Coşqun bir az sonra mənə “özün ağıllı ol” dedi və aramızda dava düşdü. Bir-iki dəfə qaldırıb vurdum yerə. Gördüm alınmır, mətbəxdən bıçağı götürdüm. Özüm də bilmədim, vurdum. Mənə lazım deyildi heç, onunla görüşməyimə də peşmanam”.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın