17:34 14 Yanvar 2020 380
Ana səhifə Xəbərlər

Ağsaqqal qardaşların içki məclisi faciə ilə bitdi: yanaraq öldü

Sumqayıtda yanğın ölümlə nəticələnib.

APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində yanvarın 13-dən 14-ə keçən gecə qeydə alınıb.

Şəhər sakini, 1949-cu il təvəllüdlü Əsəd Musa oğlu Şəbiyev qardaşı ilə 4-cü məhəllədə olan köşklərin birində spirtli içki qəbul edib. Bədbəxt hadisə də elə qardaşı oranı tərk etdikdən sonra baş verib.

Sərxoş olan 71 yaşlı kişi isinmək üçün ocaq qalayıb. Ehtiyatsızlıqdan alov ətrafa yayılıb və Əsəd Şəbiyev yanaraq ölüb. Onun meyiti tanınmaz halda olub. Ölən şəxsin tüfeyli həyat tərzi keçirdiyi də bildirilir.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın