16:27 18 Yanvar 2020 1390
Ana səhifə Xəbərlər

Ağsaqqallar Şurasının üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

APA TV-nin xəbərinə görə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şanlı örnəyidir: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hadisələrdən dərhal sonra imperiyanın mərkəzində - Moskvada bu cinayətə etiraz etdi, öz xalqı ilə həmrəylik nümayiş etdirdi. Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi yolunda böyük addımlar atdı. Şəhidlərimiz rahat yatsınlar. Ölkəmiz artıq müstəqildir. Azərbaycan dünyanın ən inkişaf etmiş ölkəsidir”.

20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacağını deyən Ağsaqqallar Şurasının sədri onu da qeyd edib ki, Azərbaycan xalqı Vətən uğrunda canlarından keçmiş oğul və qızlarının xatirəsini böyük ehtiramla yad edir və hər zaman uca tutacaq.

İlahə Vəliyeva

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın